Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Ermənistan Rusiyanı məhkəməyə vermək niyyətində deyil”

Baxılıb: 695     Tarix: 04-12-2023 14:42   

“Ermənistan ölkəyə tədarük olunmayan silahlara görə Rusiyanı məhkəməyə vermək niyyətində deyil”.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan ölkə parlamentində jurnalistlərə açıqlamasında deyib.
Jurnalistlərin Rusiya tərəfindən Ermənistanın artıq ödənişini etdiyi silahların göndərilməməsi ilə bağlı ölkənin beynəlxalq məhkəmələrə müraciət edib-etməyəcəyinə dair sualına cavab verən Sakisyan deyib: “Düşünürəm ki, məsələ ora qədər gedib çıxmayacaq və tərəfdaşlıq münasibətləri çərçivəsində həll ediləcək”.
Qeyd edək ki, Ermənistan rəhbərliyinin bir müddət əvvəl yaydığı məlumata görə, Rusiya müqavilə əsasında ölkəyə göndərməli olduğu silah və hərbi texnikanı tədarük etməyib. Ermənistan müqavilə çərçivəsində artıq sözügedən silahların ödənişini etdiyini bildirib. Rəsmi olaraq dəqiq məbləğ açıqlanmasa da, bəzi mənbələrə görə, burada söhbət 250 milyon dollar, digər mənbələrə görə isə təqribən 400 milyon dollardan gedir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar