Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ağ Ev Konqresin icazəsi olmadan İsrailə sursat satıb – Blinkendən açıqlama

Baxılıb: 373     Tarix: 11-12-2023 12:17   

ABŞ Dövlət katibi Antoni Blinken Bayden administrasiyasının Konqresdən yan keçməklə İsrailə sursat göndərmək qərarına haqq qazandırmağa çalışıb.
Qanunvehedef.az “AzPoltika.info”ya istinadən xəbər verir ki, Dövlət katibi “ABC News” telekanalının "Bu həftə" verilişində Bayden administrasiyasının hansı səbəbdən Konqresin razılığı olmadan İsrailə sursat göndərilməsi barədə barədə suala belə cavab verib: "Bizim ötürəcəyimiz silahlara gəldikdə, onların ötürülməsi ilə bağlı qaydalar var. Bu qaydalar başqa ölkələr kimi İsrailə də şamil edilir, o cümlədən onların necə istifadə edildiyi və beynəlxalq humanitar hüquqa uyğunluq məsələsinə diqqət yetirilir. Bu xüsusi hala gəlincə, İsrail indi oktyabrın 7-də ona vəhşicəsinə hücum edən və fürsət verilərsə, bunu təkrar-təkrar edəcəklərini söyləyən HƏMAS-la döyüşdədir. Biz əmin olmaq istəyirik ki, İsrail özünü müdafiə etmək üçün lazım olan hər şeyə malikdir. Yalnız tələb olunanların kiçik bir hissəsi təcili olaraq göndərilir”.
Şənbə günü Bayden administrasiyası Konqres qaydalarından yan keçərək İsrailə 13 981 tank mərmisinin satışına icazə verib. Bunun üçün Müdafiə Departamenti Silah İxracına Nəzarət Aktının fövqəladə elanından istifadə edib və İsrailə təxminən 14.000 tank sursatı satıb. Onların dəyəri 106,5 milyon dollar qiymətləndirilir.
Blinken vurğulayıb ki, administrasiya Qəzza zolağında mülki əhalinin müdafiəsini təmin etməyə çalışır. “Biz bu münaqişənin günahsız insanlar üzərindən törədildiyini və dəhşətli insan tələfatına yol açdığını dərk edirik və itkiləri mümkün qədər minimuma endirməyə çalışırıq”, - o əlavə edib.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, əməliyyatlar zamanı ölənlərin sayı 18 minə çatıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar