Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ermənistan delimitasiya komissiyasının reqlamentini təsdiqləyib

Baxılıb: 647     Tarix: 14-12-2023 14:17   

“Delimitasiya prosesi ilk dəfə olaraq institusional əsasa qoyulur”.
Qanunvehedef.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti Ermənistanın Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası ilə Azərbaycan Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyası arasında görüşlərin və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydasını təsdiq edib.
Baş nazirin müavini Mher Qriqoryan da öz növbəsində bildirib ki, İrəvan Ermənistanla Azərbaycan arasında delimitasiya komissiyalarının fəaliyyət reqlamentini təsdiqləyib. Qeyd edib ki, onda olan məlumata görə, bu gün rəsmi Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər.
Qriqoryan bildirib ki, bu hələ texniki sənəddir, lakin iş metodologiyası tezliklə təsdiqlənməlidir. Bundan sonra tərəflər konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə başlayacaqlar.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar