Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Türkiyədəki zəlzələ 110 milyard dollar zərər vurub

Baxılıb: 481     Tarix: 20-12-2023 13:54   

Fevral ayında Türkiyədə baş verən zəlzələnin vurduğu ziyan 110 milyard dollar təşkil edib.
Qanunvehedef.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki açıqlayıb.
Onun sözlərinə görə, ölkə ərazisinin 66%-i və əhalinin 71%-i seysmik risk zonasındadır.
Bildirilir ki, o bu barədə parlamentdə nazirliyin 2024-cü il üçün büdcəsinin müzakirəsi zamanı danışıb. Türkiyəli nazir qeyd edib ki, nazirlik İstanbulun mümkün zəlzələ hadisəsinə hazırlığı çərçivəsində yol xəritəsi hazırlayıb: “Yol xəritəsi 5 il ərzində 1,5 milyon tikintinin bərpasını nəzərdə tutur”.
Xatırladaq ki, fevralın 6-cı Türkiyənin cənub-şərqində 7,6 və 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriyada da hiss edilib. Rəsmi məlumata görə, hadisə zamanı 17 mindən çox insan həlak olub. Fevralın 20-si iki ölkənin sərhədində yenidən zəlzələ baş verib. BMT ümumi zərərin 100 milyard dolları ötə biləcəyini bildirmişdi.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar