Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Belqraddakı aksiyada 35 nəfər saxlanılı

Baxılıb: 694     Tarix: 25-12-2023 10:38   

Serbiyada müxalifət nümayəndələri Belqradda Seçki Komissiyasının qarşısında növbəti dəfə yolu bağlayıb. 
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçıları Belqradın administrasiya binasının qapılarını sındırmağa cəhd edib.
Polislə etirazçılar arasında qarşıdurma zamanı 2 polis əməkdaşı yaralanıb, ümumilikdə 35 nəfər isə saxlanılıb.
Qeyd edək ki, etiraz aksiyasına “Serbiya zorakılığa qarşı” blokunun liderləri Marinika Tepiç və Misoslav Aleksiç rəhbərlik edirlər.
Aksiya iştirakçıları hakim koalisiyanın dekabrın 17-si keçirilən növbədənkənar parlament seçkilərində qələbəsi ilə razı deyillər. Belə ki, seçki nəticəsində Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyası qalib gəlib. “Serbiya zorakılığa qarşı” bloku isə səslərin 23 faizini toplayaraq ikinci yeri tutub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar