Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rusiya qəzeti Qarabağ məsələsinin həllini ilin hadisəsi hesab edib

Baxılıb: 804     Tarix: 26-12-2023 16:20   

Rusiyanın “Nezavisimaya qazeta” qəzeti 2023-cü ildə baş verən əsas 5 hadisəyə dair yazı dərc edib.
Qanunvehedef.az xəbər verir ki, qəzet Azərbaycanın Qarabağ məsələsini tam olaraq həll etməsini sözügedən siyahıya daxil edib.
“Azərbaycan Qarabağ məsələsini həll edib” adlı yazıda, həmçinin Ermənistanla Azərbaycan arasında dekabrın 13-ü baş tutan əsir mübadiləsi də vurğulanıb.
Bununla yanaşı, siyahıya Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini 5-ci dəfə irəli sürməsi, Rusiya iqtisadiyyatının sanksiyalar fonunda artması, “Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri Yevgeni Priqojinin qiyamı və “Surovikin xətti”ndə Ukraynanın əks-hücumunun qırılması daxil edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar