Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İsrail İlon Maskla əməkdaşlığını bərpa edir

Baxılıb: 498     Tarix: 08-01-2024 12:33   

İsrail amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti ilə əməkdaşlığı bərpa edəcək. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb.
Məlumata görə, bunun sayəsində “Starlink” peyk internet xidmətləri yenidən İsrail ərazisində əlçatan olacaq. Bununla belə, terminalların yalnız rəsmi orqanlara satışına icazə veriləcək.
Belə iddia olunur ki, “Starlink” İsrailin Müdafiə Nazirliyinin təsdiqi olmadan Qəzza zolağında humanitar təşkilatlara xidmət göstərməməyə razılıq verib.
Agentlik yazır ki, İsrail özünün cənub və şimal sərhədləri boyunca hərbi əməliyyatlar zamanı əlaqənin möhkəmləndirilməsi üçün kosmik terminalların imkanlarından istifadə etmək istəyir.
Xatırladaq ki, payızda İlon Maskın Qəzza zolağında “Starlink”in xidmətlərini təklif etməsi İsrailin narazılığına səbəb olmuşdu. Bu zaman İsrail rəhbərliyi “Starlink” peyk xidmətlərindən imtina etmək qərarına gəlmişdi.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
mostbet