Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Saakaşvilinin səhhəti yaxşılaşıb

Baxılıb: 617     Tarix: 10-01-2024 15:14   

Hazırda klinikada müalicəsi davam etdirilən Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin səhhəti stabildir.
Qanunvehedef.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin müalicə aldığı "Vivamed" klinikasının direktoru Zurab Çxaidze açıqlayıb.
Onun sözlərinə görə, Saakaşvilinin səhhətinin yaxşılaşdığını demək olar. Bununla belə, Çxaidze qeyd edib ki, keçmiş prezidentin səhhəti ilə bağlı diqqət tələb edən məqamlar hələ də mövcuddur.
Qeyd edək ki, bu gün Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir. Ona bugünkü prosesdə iştirak etmək təklif edilsə də, siyasətçi bundan imtina edib. Saakaşvili buna səbəb olaraq səhhətinin yaxşı olmamasını göstərib.
Xatırladaq ki, M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə "Vivamed" klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}