Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Geoloqdan XƏBƏRDARLIQ: 7,3 bal gücündə zəlzələ...

Baxılıb: 547     Tarix: 11-01-2024 10:28   

Türkiyənin Van və Hakkari vilayətləri üçün zəlzələ xəbərdarlığı edilib.
Qanunvehedef.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Geofizika Mühəndisi Övgün Ahmet Ercan məlumat verib.
İki şəhərdə 7,3 bal gücündə zəlzələlərin ola biləcəyini deyən Ercan Van gölü və ətrafındakı Böyük Ağrı, Kiçik Ağrı və Tendürek vulkanlarında partlayışların ola biləcəyini bildirib.
Hakkari üçün etdiyi xəbərdarlıqları təkrarlayan Ercan zəlzələnin gec-tez olacağını vurğulayıb.
Van bölgəsində hər 30-40 ildən bir zəlzələ olacağını vurğulayan Ercan, "Van 2011-ci ildə zəlzələ yaşadı. Bu bölgədə ən geci 2040-cı və 2055-ci illərdə daha bir dağıdıcı zəlzələ olacaq. Tendürek, Çaldıran, Süphan və ya Gevaşda da vulkanları aktivləşdirə bilər", - deyib.
Ercan, Tendürekdə yerin içindən keçən bir qırılmanın da olduğuna və bunun 7,4 bal gücündə zəlzələ yarada biləcəyini vurğulayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}