Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ husilərin 60-dan çox hədəfinə zərbə endirib

Baxılıb: 531     Tarix: 12-01-2024 10:05   

ABŞ-nin Hərbi Hava Qüvvələri Yəmənin “Ənsar Allah” (husilər) hərəkatına məxsus 16 obyektində 60-dan çox hədəfinə zərbələr endirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Hərbi Hava Qüvvələrinin Mətbuat xidməti yayıb.
Hücumların əsas olaraq silah-sursat anbarlarına və buraxılış məntəqələrinə endirildiyi qeyd olunub.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya husilərə qarşı əməliyyata başlayıb. Pentaqonun açıqlamasına görə, hücumların məqsədi husilərin gəmiçilik və beynəlxalq ticarətə təhdidlərinin azaldılmasıdır. Bundan əvvəl isə Yəmənin şimalında hökmranlıq edən hərəkat İsrailə aidiyyəti olan və yaxud sözügedən ölkənin limanlarına gedən gəmilərə hücum etmək niyyətində olduğunu bəyan edib. Bununla yanaşı, husilər digər ölkələri həmin gəmilərdən öz ekipajlarını geri çağırmağı və yaxud Qırmızı dənizdə bu gəmilərə yaxınlaşmamağa çağırıb. ABŞ isə cavabında Qırmızı dənizdə digər ölkələrlə gəmiçiliyi qorumaq üçün əməliyyata başlayacağını bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}