Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Pentaqon rəhbəri əməliyyat əmrini xəstəxanadan verib

Baxılıb: 572     Tarix: 12-01-2024 10:33   

Xəbər verdiyimiz kimi, ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” (husilər) hərəkatına qarşı əməliyyata başlayıb. ABŞ Hərbi Hava Qüvvələri artıq husilərin 16 obyektində 60-dan çox hədəfinə zərbələr endirib.
Qanunvehedef.az “CNN”ə istinadən məlumatına görə, hazırda müalicəsi davam etdirilən Pentaqon rəhbəri Lloyd Ostin Yəmənə hücum əmrini xəstəxanadan verib.
Telekanal ABŞ Müdafiə Nazirliyində olan mənbələrə istinadən bildirib ki, Ostin xəstəxanadan Yəməndə husilərin obyektlərinə zərbələrin endirilməsinə nəzarət edib: “Bu gün Ostin zərbə endirmək əmrini verdi və bu zərbələrə nəzarət edir”.
Qeyd olunur ki, Pentaqon rəhbəri yanvarın 9-dan 11-nə qədər iki dəfə ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb və Yəməndəki əməliyyatın idarəsində fəal iştirak edib.
Ostinin açıqlamasına görə, hücumların məqsədi husilərin Qırmızı dənizdə gəmiçilik və beynəlxalq ticarətə təhdidlərinin azaldılmasıdır.
Xatırladaq ki, Ostində prostat xərçəngi aşkarlanıb. O, hazırda Vaşinqton yaxınlığında Uolter Ridd Milli Tibbi Mərkəzində müalicə alır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar