Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İraq Tehrandakı səfirini geri çağırıb

Baxılıb: 694     Tarix: 16-01-2024 14:36   

İraqın Xarici İşlər Nazirliyi İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı İraq XİN öz teleqram kanalında yayıb.
Məlumata görə, buna səbəb İraqın Ərbil şəhərinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən atəşə tutulması olub.
Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbil şəhərinə endirdiyi zərbələr zamanı 4 nəfər ölüb, daha 6 nəfər yaralanıb. ABŞ mediasının məlumatına görə, hadisə zamanı ölkə vətəndaşları xəsarət almayıb. SEPAH isə açıqlamasında hücum zamanı anti-İran terror qruplaşmalarının bazalarının məhv edildiyini qeyd edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar