Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Həmkarı Orbanın Ukrayna ilə bağlı qərarını dəstəkləyib

Baxılıb: 690     Tarix: 17-01-2024 12:37   

Slovakiyanın Baş naziri Robert Fiço macar həmkarı Viktor Orbanın Ukraynaya yardımla bağlı qərara qoyduğu vetonu dəstəkləyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Burada söhbət 4 il müddətə Ukraynaya 50 milyard avro maliyyə yardımının ayrılmasından gedir.
Belə ki, Orban Fiço ilə birgə mətbuat konfransında bildirib ki, Ukrayna üçün istənilən maliyyə aləti Avropa İttifaqı büdcəsindən ayrı olmalıdır: “Aİ büdcəsindən 4 il müddətə 50 milyard avronun verilməsi ittifaqın suverenliyinin və milli maraqlarının pozulmasıdır”.
Fiçonun sözlərinə görə isə, Slovakiya Macarıstanı dəstəkləyir və Orbanın Aİ büdcəsinin dəyişdirilməsi ilə bağlı narazılığı qanunidir: “Slovakiya rəhbərliyi Macarıstan Baş nazirinin irəli sürdüyü və sürəcəyi təklifləri dəstəkləyəcək”.
Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası 2024-2027-ci illər üçün Ukraynaya 50 milyard avro ayrılmasını təklif edib. Aİ ölkələrinin liderləri bu təşəbbüsü ötən il dekabrın 14-15-i keçirilən sammitdə nəzərdən keçirsələr də, Macarıstan qərara veto qoyub. Sözügedən məsələ Aİ-nin fevralın 1-i baş tutacaq sammitində müzakirə ediləcək. Lakin Orban bu məsələyə veto qoyacağını bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}