Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qazaxıstanda zəlzələ nəticəsində xəsarət alanların sayı 44-ə çatıb

Baxılıb: 649     Tarix: 23-01-2024 10:55   

Qazaxıstan-Qırğızıstan sərhədindən baş verən 6,7 maqnitudalı zəlzələnin təkanları Qazaxıstanın Almatı şəhərində də hiss olunub.
Təkanlar nəticəsində xəsarət alanların sayı 44 nəfərə çatıb.
Qanunvehedef.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, zərərçəkənlər arasında 10 uşaq var, onlardan 5-i xəstəxanaya yerləşdirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatıya səfər edəcək və orada şəhərdəki vəziyyətlə bağlı görüş keçirəcək. Məlumata görə, 3 nəfər evlərin pəncərələrindən tullanaraq xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Qəbul məntəqələrinin bütün gecə açıq olduğu şəhərdə məktəb və kolleclərdə dərslər ləğv edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar