Xəbər lenti
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABŞ Britaniya ilə Yəmənə yeni zərbələr endiri

Baxılıb: 568     Tarix: 23-01-2024 13:15   

ABŞ və Böyük Britaniyanın Silahlı Qüvvələri yanvarın 23-nə keçən gecə Yəmən ərazisinə 18 aviazərbə endiriblər.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Saria açıqlayıb.
Onun sözlərinə görə, paytaxt Sanaya ümumilikdə 12, Hodeyda vilayətinə 3, Taiz vilayətinə 2, Əl-Baydaya isə 1 aviazərbə endirilib.
Xatırladaq ki, yanvarın 12-si ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” hərəkatına qarşı əməliyyata başlayıb. ABŞ Hərbi Hava Qüvvələri əməliyyat zamanı husilərin 16 obyektində 60-dan çox hədəfinə zərbələr endirib. Pentaqonun açıqlamasına görə, hücumların məqsədi husilərin gəmiçilik və beynəlxalq ticarətə təhdidlərinin azaldılmasıdır.
Bundan əvvəl isə Yəmənin şimalında hökmranlıq edən hərəkat İsrailə aidiyyəti olan və yaxud sözügedən ölkənin limanlarına gedən gəmilərə hücum etmək niyyətində olduğunu bəyan edib. Bununla yanaşı, husilər digər ölkələri həmin gəmilərdən öz ekipajlarını geri çağırmağı və yaxud Qırmızı dənizdə bu gəmilərə yaxınlaşmamağa çağırıb. ABŞ isə cavabında Qırmızı dənizdə digər ölkələrlə gəmiçiliyi qorumaq üçün əməliyyata başlayacağını bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar