Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ husilərin 2 ballistik raketini məhv edib

Baxılıb: 587     Tarix: 24-01-2024 11:20   

ABŞ hərbçiləri Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə zərbə endirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığı “X” hesabında paylaşıb.
Zərbə zamanı husilərin 2 ballistik raketi məhv edilib. Husilərin sözügedən raketlərin köməkliyi ilə Qırmızı dənizdə gəmilərə hücum etməyi planlaşdırdığı bildirilib.
Xatırladaq ki, ABŞ yanvarın 12-si Böyük Britaniyanın dəstəyi ilə Yəməndə husilərin mövqelərinə zərbə endirib. Husilərin məlumatına görə, nəticədə 5 hərbçi ölüb. ABŞ tərəfindən hücumlar yanvarın 13 və 14-ü davam etdirilib. Yanvarın 18-i isə amerikalı hərbçilər husilərin gəmi əleyhinə raketlərinə zərbələr endirib. ABŞ husilərin Qırmızı dənizdə beynəlxalq gəmilərə hücumlarından sonra hərəkata qarşı əməliyyata başladığını açıqlayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar