Qəzaya düşən təyyarədən 1,2 milyon dollar oğurlanıb
Baxılıb: 512 Tarix: 25-01-2024 12:59
Naməlum şəxslər yanvarın 20-si Əfqanıstanın Bədaxşan vilayətində qəzaya uğrayan “Falcon 10” təyyarəsindən 1,2 milyon dollar oğurlayıblar.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı vilayətdəki mənbəyə istinadən “Hasht-e Subh” qəzeti yayıb.
Mənbənin sözlərinə görə, vilayətin qubernatoru Məhəmməd Əyyub Xalid məsələ ilə bağlı araşdırmanın aparılması üçün komissiya təşkil edib. Komissiyaya Əfqanıstanın kəşfiyyat xidmətinin regional bölməsinin rəhbəri başçılıq edib.
Xatırladaq ki, “Falcon 10” yanvarın 21-i Əfqanıstan dağlarında qəzaya uğrayıb. Tailanddan Moskvaya uçan bu təyyarənin göyərtəsində 6 nəfər - 2 pilot, 2 həkim və 1 evli cütlük olub. Qəza nəticəsində sözügedən cütlük - Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov və həyat yoldaşı həlak olub. Qadın Tailanddan Moskvaya xəstəxanaya aparılırmış. “Mash” teleqram kanalı isə Rusiya helikopterinin qəzadan sonra sağ qalanları təxliyyə etmək üçün yola düşdüyünü yazmışdı. Həkimlər yaralıları ilk olaraq tibbi yardım üçün Əfqanıstanın paytaxtı Kabilə, daha sonra isə oradan Moskvaya aparmalı idi.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər