Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ İrana qarşı məxfi əməliyyat keçirə bilər

Baxılıb: 663     Tarix: 29-01-2024 10:56   

ABŞ İordaniyadakı hərbi bazasına hücuma cavab olaraq müxtəlif cavab tədbirləri variantlarını araşdırır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” yayıb.
Bildirilir ki, bu tədbirlərdən biri İrana qarşı məxfi əməliyyat ola bilər. Bu hücum zamanı isə ABŞ-nin İrana zərbə endirəcəyi güman edilir.
Adı açıqlanmayan mənbənin sözlərinə görə, 3 amerikalı hərbçinin həlak olduğu hücum ABŞ-nin daha qətiyyətli reaksiyasına səbəb olacaq.
Agentlik yazır ki, ABŞ-nin iranlı məmurlara birbaşa hücumu istisna edilmir.
Xatırladaq ki, yanvarın 28-i İordaniyanın şimal-şərqində pilotsuz uçuş aparatı ilə ABŞ hərbi bazasına hücum edilib. Hadisə nəticəsində 3 amerikalı əsgər həlak olub, daha 34-ü isə yaralanıb. ABŞ Prezidenti Co Bayden hücumda Suriya və İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən döyüşçüləri günahlandırıb. İran isə öz növbəsində sözügedən hücumdan iştirakını təkzib edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}