Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Abdullahian Pakistandadır - Video

Baxılıb: 654     Tarix: 29-01-2024 11:19   

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana rəsmi səfər edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı İran XİN öz “X” hesabında paylaşıb.
Səfər Pakistan tərəfinin dəvəti əsasında baş tutub.
Abdullahian İslamabadda pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə görüş keçirib. Bununla yanaşı, o, ölkənin Baş naziri vəzifəsini icra edən Ənvər-ul-Hak Kakar və digər rəsmilərlə də görüş keçirəcək.
Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Zərbələrin ardınca Pakistan İrana nota verib, daha sonra İrandakı səfirini geri çağırıb. Pakistanın İrana raket hücumu nəticəsində 9 nəfər həyatını itirib. Yanvarın 19-u isə Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tamamilə bərpa etmək qərarına gəlib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar