Xəbər lenti
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Zəlzələ ilə bağlı XƏBƏRDARLIQ: 6 şəhər təhlükədədir

Baxılıb: 589     Tarix: 29-01-2024 12:29   

Türkiyənin 6 şəhəri üçün zəlzələ xəbərdarlığı edilib.
Qanunvehedef.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Professor Şenol Hakan Kutoğlu məlumat verib.
O, yanvarın 25-də Malatyada baş verən zəlzələdən sonra radar peyk məlumatlarından və hazırladıqları zəlzələ təhlükəsi proqramından istifadə edərək bölgəni araşdırdığını bildirib.
Onun sözlərinə görə, Ərzurum-Ərzincan, Adana, Malatya və Amasya-Çorum digər bölgələrlə müqayisədə qaçılmaz təhlükədə görünür.
Kutoğlu 1164-cü ildə zəlzələnin baş verdiyi Adanada meydana gələn fay olduğunu bildirib:
"Bu fayda 1164-cü ildən bəri enerji toplanır. Ona görə də görürük ki, gərginlik yüksək səviyyədədir. Şimala getdiyimiz zaman 1268-ci ildə Ərzurumda baş vermiş 6,6 bal gücündə zəlzələ var. Görürük ki, bu fay xətti regionun ən gərgin qırılmalarından biridir. 1800-cü illərdə baş vermiş zəlzələ səbəbiylə Yedisu qırılması kimi tanınan qırılma digər qırılmalara nisbətən daha gərgindir. Amasya-Çorumdan keçən fay xətti var. Ötən ay burada 4,3 bal gücündə zəlzələ olub. Burada 1598-ci ildə 6,6 bal gücündə zəlzələnin olduğunu görürük. Yenə xəritədə görürük ki, gərginlik Çorumdan çox Amasya tərəfdə daha çoxdur. Amasya tərəfi daha gərgindir və 1598-ci ildən bəri zəlzələ yaratmayıb. Ərzurum-Ərzincan, Adana, Malatya və Amasya-Çorum digər bölgələrlə müqayisədə
qaçılmaz təhlükədə görünür".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar