Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Fransada küçələrə zirehli texnika çıxarıldı

Baxılıb: 783     Tarix: 29-01-2024 15:31   

Bu gün Fransada fermerlərin kütləvi etiraz aksiyası keçirəcəyi gözlənilir.
Qanunvehedef.az “RİA Novosti”yə istinadən xəbər verir ki, kənd təsərrüfatı ilə məşğul olan fransızlar paytaxt Parisi tam blokadaya alacaqlarını elan ediblər.
Onlar şəhərə hər hansı məhsulun çatdırılmasına əngəl olmaq üçün 7 magistral yolu bağlamağı planlaşdırırlar. Etiraz aksiyasının 5 gün davam edəcəyi bildirilir.
Fransanın Daxili İşlər Nazirliyi isə aksiya ilə əlaqədar olaraq Paris yaxınlığında küçələrə zirehli texnika çıxarıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə Parisin cənubunda Ryunji kommunası ərazisində zirehli maşınlar və polis kordonu əks olunub.
Qeyd edək ki, Fransada son həftələrdir fermerlər etiraz aksiyaları keçirir. Onlar traktorlarla əsas avtomobil yollarını bağlayır, inzibati binalara peyin atırlar. Kənd təsərrüfatı ilə məşğul olanlar hökumətin bu sahədəki siyasətini tənqid edir, ölkəyə kənd təsərrüfatı məhsullarının idxalına, sudan suvarma üçün istifadə olunmasına qoyulan məhdudiyyətlərə, dizel yanacağının qiymətinin artırılmasına qarşı çıxırlar.

Qanunvehedef.azшаблоны для dle 11.2



mostbet