Paşinyan ikiüzlü siyasətini davam etdirir - KTMT ilə bağlı qərar verə bilmir
Baxılıb: 653 Tarix: 30-01-2024 14:06
Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri tərəfindən qurumun noyabr sammitində razılaşdırılmış sənədləri hələ də imzalamayıb.
Ermənistan Baş nazirin müavini Vahan Kostanyan yerli mətbuata deyib ki, bu məsələyə hələ baxılır. Kostanyan məsələnin təfərrüatları barədə heç nə deməyib.
Xatırladaq ki, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri tərəfindən 23 noyabr Minsk sammitində imzalanmış sənədlərin arasında KTMT üzv ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına dair razılaşma da var. Hərbi alyansın Baş katibi İmanqali Tasmaqambetov bu sənədi Ermənistan hökumətinə ötən dekabrda İrəvana səfəri zamanı vermişdi.
Şərhçilər bildirirlər ki, sözügedən razılaşmaların İrəvan tərəfindən hələ də imzalanmaması Ermənistanın ikiüzlü siyasətini davam etdirdiyini, təşkilatı tərk edəcəyi görüntüsü yaradaraq, Qərbdən daha çox dəstək almağa çalışdığını göstərir.
Rusiyanı Azərbaycanla qarşıdurmaya cəlb edə bilməyən Paşinyan hökuməti KTMT-nin guya, Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirmədiyini iddia edir. Moskvanı Qərbə meyllənməklə şantaj edən İrəvan nə qədər “ciddi” olduğunu nümayiş etdirmək üçün KTMT Baş katibinin müavini vəzifəsi kvotasından, KTMT-nin Ermənistanda keçirilməsi planlaşdırılan təlimlərindən imtina edib.
Ölkəsinin sərhədlərini hələ də Rusiya əsgərlərinin qoruduğu halda Ermənistanın KTMT-dən çıxacağına dair iddialar Moskvada ciddi qəbul edilmilir.
Təsadüfü deyil ki, Rusiya Prezidenti Vladimir Putin ötən dekabrda bildirib ki, o Ermənistanın KTMT-dən çıxacağını düşünmür. O əlavə edib ki, Ermənistanın təşkilatı boykot etməsi Ermənistan daxilində Qarabağla əlaqədar mürrəkkəb proseslərin getməsi ilə bağlıdır.
Rasim Əliyev
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər