Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ABŞ Türkiyəni F-35-lərin istehsalı proqramına qaytarmaq üçün şərtini açıqlayıb

Baxılıb: 653     Tarix: 30-01-2024 14:15   

 Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri (ZRS) ilə bağlı məsələ həll olunarsa, Vaşinqton Türkiyəni Amerikanın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.
APA xəbər verir ki, bu barədə CNN Turk-ə müsahibəsində ABŞ dövlət katibinin birinci müavini Viktoriya Nuland deyib.
"Açığı, əgər biz S-400 məsələsini həll edə bilsək və bunu etmək də istəyirik o zaman ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olar. Amma əvvəlcə bu məsələni həll etməliyik və onu həll edərkən Türkiyənin güclü hava hücumundan müdafiəsinə malik olmasını da təmin etməliyik. Biz uzun illərdir ki, həm S-400 alınmasından əvvəl, həm də o vaxtdan bəri hava hücumundan müdafiəni gücləndirməyi müzakirə etməyi təklif edirik. Bildiyiniz kimi, bu, mürəkkəb məsələdir. Bu günlərdə hər kəsin hava hücumundan müdafiəyə ehtiyacı var. Bu problemin öhdəsindən gələ bilsək, biz F-35 danışıqlarına qayıda bilərik", - Viktoriya Nuland bildirib.
Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar