Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Baydenə "yaddaş" əfvi... Məxfi sənədləri qəsdən gizlədib?

Baxılıb: 726     Tarix: 09-02-2024 12:42   

Ötən il ABŞ prezidenti Co Baydenin evində və ofisində məxfi sənədlər ələ keçirilib.
Qanunvehedef.az xarici mənbəyə istinadən xəbər verir ki, istintaq zamanı bir sıra məqamlar nəzərə çatdırılıb. Xüsusi prokuror Robert Hur tərəfindən hazırlanan 345 səhifəlik hesabat Ağ Evin heç bir düzəliş tələb etməyəcəyini dedikdən sonra ictimaiyyətə açıqlanıb.
Xəbərdə Baydenin araşdırmaya mövzu olan sənədləri qəsdən gizlətdiyi müəyyən edilsə də, ona qarşı heç bir ittiham irəli sürülməyəcəyi bildirilib. Hesabatda Baydenin məxfi sənədlərdən düzgün istifadə etmədiyinə görə məhkum edilməsinin çətin olacağı qeyd edilib:
"Çünki cənab Bayden özünü münsiflər heyətinə yaxşı niyyətli, yaddaşı zəif olan qoca kimi təqdim edəcək".
Baydenin yaddaşında "pozulmalar" olduğu və istintaqa cəlb olunan sənədlərin təfərrüatlarını tam xatırlamadığı bildirilsə də, onun hərəkətlərinin təhlükəsizlik baxımından risklər yaratdığı deyilib.
Ağ Ev vasitəsilə yazılı açıqlama verən Bayden qərarı alqışladığını bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}