Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

"Regionda münaqişəni yenidən alovlandırmaq istəyən tərəflər var, yay aylarında gərginliyin artma ehtimalı gözləniləndir"- TƏHLİL

Baxılıb: 617     Tarix: 13-02-2024 13:13   

Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirilib. Sərhəddə baş verən bu gərginliyin səbəbi nədir? Niyə görə prezident seçkilərindən sonra Ermənistan təxribata başladı?
Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, seçkilərdən dərhal sonra Amerikanın analitik mərkəzi Cənubi Qafqazda müharibə ehtimalının olduğunu praqnoz verib:
"Prezident seçkilərin əvvəlki dönəmə diqqət etsək görərik ki, Azərbaycana qərbdən ciddi şəkildə təyziqlər olub. Seçkilərdən dərhal sonra Amerikanin analitik mərkəzi Cənubi Qafqazda müharibə ehtimalının olduğunu praqnoz vermişdi. Sərhəddə gəginliyin olma ehtimalı olduqca yüksək və gözlənilən idi. Bildiyimiz kimi Azətrbaycan və Ermənistan arasında yarım ildən çoxdur ki, sülh danışıqları getmir. Sərhəddə gərginliyin olması qərb qüvvələrin və Rusiyanın maraqları ola bilər. Sentyabrda baş verən antiterror əməliyyatından sonra sadəcə bir dəfə atəşkəs pozulub. Amma dünən atəşkəş pozuldu. Gecə saatlarında da "Qisas" əməliyyatı keçirildi".
Hərbi ekspert yaz və yay aylarında gərginliyin artma ehtimalı gözlənilən olduğunu bildirib:
"Burada diqqət çəkən bir neçə məsələ var. Laçın sərhəd keçid məntəqəsi qurulduqdan sonra, Azərbaycan bayrağını qaldıran hərbiçini erməni snayperi vurmuşdu. Bunu hər kəs bilirdi. Amma Ermənistan tərəfi bununla bağlı araşdırma və cinayət işi başlatmadı. Tarixə nəzər yetirsək görərik ki, bu vaxta qədər Ermənistan bir dəfə də olsun sərhəddə törətditi təxribata görə cinayət işi açmayıb. Əksinə bu əməli törədən şəxsləri mükafatlandırıb. Hətta milli qəhrəman adı belə verib. Amma çox maraqlıdır, dünən ilk dəfə Azərbaycan hərbiçisinin yaralanması ilə bağlı cinayət işi başladıb. Bu məsələnin Ermənistan tərəfindən araşdırılacağı və tədbirlər görüləcəyi bildirilib. Yəni Ermənistan tərəfi rəsmi olaraq bu bəyanatı verməklə bildirir ki, bu məsələ heç bir marağı yoxdur. Bu məsələdə marağı olan və regionda münaqişəni yenidən alovlandırmaq istəyən tərəflər var. Bu tərəflər də istədiklərinə nail olublar.
Yaz və yay aylarında gərginliyin artma ehtimalı gözləniləndir".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar