Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə gedir

Baxılıb: 673     Tarix: 14-02-2024 10:56   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün 12 ildən sonra ilk dəfə Misirə rəsmi səfərə gedir. 
Qanunvehedef.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan səfəri çərçivəsində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə danışıqlar keçirəcək.
Görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurması və regional məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}