Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Misir Qəzza ilə sərhəddə beton divar inşa edir

Baxılıb: 594     Tarix: 16-02-2024 11:14   

Misir rəhbərliyi Rəfah şəhəri yaxınlığında Qəzza zolağının cənub sərhədində divar inşa etməyə başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı peyk görüntülərinə və inşaat prosesində iştirak edən nümayəndələrə istinadən “The New York Times” qəzeti yayıb.
Məlumata görə, peyk görüntüləri vasitəsilə Rəfahdan cənubda bufer zonada böyük ərazidə texnikaların işlədiyini görmək mümkündür.
Ekspertlərin fikrincə, tikinti işləri təqribən fevralın 5-i başlayıb. Tikinti işləri ilə məşğul olan mühəndis qəzetə bildirib ki, Misir ordusu 5 metr hündürlüyə malik beton divar inşa etmək barədə göstəriş verib.
İnşaat işlərinin İsrail Müdafiə Ordusunun hərbi əməliyyat həyata keçirmək niyyətində olduğu əraziyə yaxın yerdə aparıldığı bildirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar