Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İrəvanda bələdiyyə binası atəşə tutuldu

Baxılıb: 564     Tarix: 20-02-2024 11:52   

Ermənistanın paytaxtı İrəvanın Nor Nork rayonunda naməlum şəxs bələdiyyə binasını atəşə tutub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "shamshyan.com" portalı yayıb.
Hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilir. Naməlum şəxs bir neçə dəfə Nor Norkun administrasiyasının rəhbəri Tiqran Ter-Markaryanın kabinetinin pəncərəsinə atəş açıb. Polis binanın həyətində olan avtomobilin şüşəsində də atəş izləri aşkar edib.
Məsələ ilə bağlı araşdırma aparılır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}