Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İsrailin Rəfahdakı əməliyyatı Ramazandan sonra başlaya bilər

Baxılıb: 389     Tarix: 20-02-2024 13:02   

İsrail Müdafiə Ordusunun Qəzza zolağında Rəfah şəhərində hərbi əməliyyatı aprelin ortalarında başlaya bilər. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı israilli və amerikalı məmurlara istinadən “Axios” portalı yayıb.
Bildirilir ki, sözügedən əməliyyatın Ramazan ayından sonra başladılması planlaşdırılır: “Rəfahdakı əməliyyata başlamaq üçün bir neçə həftə tələb olunacaq. Ola bilsin ki, əməliyyat müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı başa çatdıqdan sonra, aprelin ortaları başlaya bilər”.
Qeyd edək ki, bundan əvvəl, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ölkənin Rəfahda genişmiqyaslı əməliyyat həyata keçirməyə hazırlaşdığını açıqlayıb. İsrail hərbçiləri həmin ərazidə HƏMAS hərəkatının 4 batalyonunun olduğunu bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}