Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Zelenski Zalujnını istefaya göndərmə səbəbini açıqladı

Baxılıb: 365     Tarix: 23-02-2024 10:51   

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin keçmiş Baş komandanı Valeri Zalujnının vəzifəsindən niyə azad edilməsini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, Ukrayna lideri bu barədə “FoxNews”un efirində danışıb
Onun sözlərinə görə, Zalujnı və Ukrayna Silahlı Qüvvələrində əsas mövqe tutan şəxslərin istefaya göndərilməsi hərbi komandanlıqda yenidənqurma və dəyişikliklə əlaqədardır.
Zelenski burada söhbətin uzun müddət dəyişməyən cəhətlərdən getdiyini vurğulayıb: “Biz sürətli olmalıyıq, bu o deməkdir ki, bizdə olan bütün bürokratiyanı aradan qaldırmalıyıq. Bizim başqa şansımız yoxdur. Biz ağıllı, texnoloji cəhətdən təmin olunmuş və sürətli olmalıyıq. Vaxt puldur, bizim nümunəmizdə isə bu, pul deyil, insanların həyatıdır”.
Xatırladaq ki, fevralın 8-i V.Zalujnının vəzifəsini tərk etməsi məlum olub. Zelenski onun postuna Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırskini təyin edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar