Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Haqqında çox danışılan jurnalistə sui-qəsd: Etiraf videosu ortaya çıxdı - FOTO+VİDEO

Baxılıb: 422     Tarix: 28-02-2024 11:17   

Putindən müsahibə götürmək üçün Moskvaya gələn amerikalı jurnalist Taker Karlsonun öldürülməsinin qarşısı son anda alınıb.
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, Ukrayna Kəşfiyyatında işləyən Rusiya vətəndaşı amerikalı jurnalist və "Fox" telekanalının keçmiş aparıcısı Taker Karlsonu öldürməyə hazırlaşarkən Moskvada saxlanılıb.
Rusiya təhlükəsizlik qüvvələrinin "Antiterror bölməsi" son anda Taker Karlsona hücumun qarşısını alıb və sözügedən şübhəli "terrorçuluq ittihamı" ilə həbs edilib.
Sonradan adının "Vasilyev" olduğu öyrənilən şübhəlinin dindirilməsi zamanl bir sıra məqamlar ortaya çıxıb.
Vasilyev ona verilən əmrləri ətraflı şəkidə izah edib və döyüş sursatının yerini deyib. Onun hücumdan bir bir az əvvəl həbs edildiyi bildirilib.
Həbs olunan şəxs dindirilməsi zamanı onu da bildirib ki, Ukrayna hakimiyyəti hücumun uğurla həyata keçirilməsi üçün ona 4000 dollar vəd verib.
Xatırladaq ki, amerikalı jurnalist Taker Karlson fevralın əvvəlində Rusiya prezidenti Vladimir Putindən müsahibə almaq üçün paytaxt Moskvaya getmişdi. "Fox News"un keçmiş aparıcısı bildirib ki, Co Bayden administrasiyası onun Putindən müsahibə almasına imkan verməmək üçün 3 il əvvəl qeyri-qanuni olaraq onun smslərini dinləyib və onları mediaya sızdırıb. Keçən ay eyni şeyi etdiklərinə "tam əmin olduğunu" vurğulayan Karlson hələ də Moskvaya getməyə qərar verdiyini bildirdi.






Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar