Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İranda terror aktına cəhd olub - Ölən var

Baxılıb: 519     Tarix: 28-02-2024 12:09   

 İranın Sistan və Bəlucistan əyalətində terror aktı törətməyə cəhd edən terrorçulardan biri vaxtından əvvəl baş verən partlayış nəticəsində ölüb.
“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Zahidan (əyalət inzibati mərkəzi) prokuroru Mehdi Şəmsabadin məlumat verib.
“İki terrorçu Mohamədan bölgəsində nəzarət-buraxılış məntəqəsi yaxınlığında patrul xidməti həyata keçirən avtomobili partlatmaq məqsədi ilə ölkəyə daxil olub, lakin onlardan biri partlayıcı qurğunun quraşdırılması zamanı ölüb”, - o qeyd edib.
Onun sözlərinə görə, ikinci terrorçu hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, Sistan və Bəlucistan əyaləti İranda gərginliyin olduğu bölgələrdən biridir. Bu region Pakistan və Əfqanıstanla həmsərhəddir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin böyük hissəsi, eləcə də yanacaq və digər məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasının böyük hissəsi bu ərazi vasitəsilə həyata keçirilir

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Mostbet AZ
Redaktor seçimi
Çox oxunanlar