Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Putin Rusiya vilayətlərinə hücumlardan danışdı

Baxılıb: 635     Tarix: 13-03-2024 15:15   

Rusiya Prezidenti Vladimir Putin son günlər ölkəsinin bir neçə vilayətinin hücuma məruz qalmasına münasibət bildirib.
Qanunvehedef.az xəbər verir ki, o bu barədə “Rossiya 1” telekanalına və “RİA Novosti” agentliyinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna Rusiyada keçiriləcək prezident seçkiləri prosesinə mane olmaq üçün ölkənin regionlarına hücum etməyə cəhd edir. Putin qeyd edib ki, Kiyevin əsas məqsədi prezident seçkilərini pozmağa nail olmasa belə, heç olmasa vətəndaşların öz iradəsini normal ifadə etmək prosesinə əngəl olmaqdır.
Həmçinin Rusiya liderinin fikrincə, Rusiya bölgələrinə hücumlar Ukrayna Silahlı Qüvvələrinin təmas xəttindəki uğursuzluqları fonunda baş verir.
Xatırladaq ki, martın 12-si Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ukrayna tərəfindən ölkənin bir neçə vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Bununla yanaşı, ukraynalı hərbçilərin Rusiyanın Belqorod və Kursk vilayətlərində sərhəd vasitəsilə ölkə ərazisinə daxil olmağa cəhd etdikləri qeyd olunub. Rusiya MN və Federal Təhlükəsizlik Xidməti qeyd edib ki, diversiya qruplarının sərhəddə yerləşən yaşayış məntəqələrinə daxil olmaq cəhdlərinin qarşısı alınıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}