Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Moskvadakı terror aktını törədənlər məhkəmə qarşısına çıxarılıblar

Baxılıb: 703     Tarix: 25-03-2024 12:43   

Cümə günü Moskvadakı "Crocus City Hall”-da baş verən terror hadisəsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan Tacikistan vətəndaşları ötən gün məhkəmə qarşısına çıxarılıblar.
Qanunvehedef.az “AzPolitika”-a istinadən xəbər verir ki, “terror aktı”nda ittiham olunan - Dalerjon Mirzoyev, Saidakrami Murodali Raxabalizod, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduni 2 ay müddətinə həbs olunublar. Onlar may ayında keçiriləcək məhkəməyə qədər həbsdə qalacaqlar. Məhkəmədə dörd şübhəlinin də cinayətlərini etiraf etdiyi açıqlanıb.

 
 Qeyd edək ki, terakta ittiham olunan şübhəlilərin məhkəmə zalındakı görüntüləri də yayımlanıb. Yayımlanan görüntülərdə hər dörd şübhəlinin bədəninin müxtəlif yerlərində yaralar görünüb. Onların saxlanılan zaman və ya daha sonra işgəncə gördükləri ehtimal olunur.
Xatırladaq ki, martın 22-də adıçəkilən şəxslər “Crocus City Hall" binasına silahlı basqın edib, konsert zalını yandırıblar. Hücumda indiyədək 137 nəfərin öldüyü müəyyən edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}