Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bayden Putini növbəti dəfə “qəssab” adlandırdı

Baxılıb: 602     Tarix: 27-03-2024 09:47   

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə “qəssab” adlandırıb.
Qanunvehedef.az “Kommersant”a istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən danışıb.
O, çıxışında varlı vətəndaşlar üçün gəlir vergisinin 8,2%-dən 25%-ə qədər artırılması təşəbbüsündən bəhs edib. Onun sözlərinə görə, bu, yaxın 10 ildə büdcəyə yüz milyardlarla dollar cəlb etməyə imkan verərdi:
“Bu vəsaitlə nələr edə biləcəyimizi təsəvvür edin. Federal büdcə kəsrini əhəmiyyətli dərəcədə azalda bilərdik. Mütəmadi olaraq çox şey edə, eləcə də, nəhayət Ukraynanı qəssab Putindən qoruya bilərdik”.
Qeyd edək ki, Bayden bundan əvvəl də Putin barəsində qalmaqallı açıqlamalar verib. Belə ki, Ukraynada müharibə başlayandan sonra o, rusiyalı həmkarını “qatil”, “diktator”, “qəssab”, “hərbi cinayətkar” adlandırıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar