Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Ermənistan Gürcüstanla da demarkasiyaya hazırlaşır”

Baxılıb: 489     Tarix: 27-03-2024 12:48   

Son günlər Ermənistanda ölkənin Gürcüstanla sərhədinin demarkasiyası məsələsi gündəmə gəlib. 
Qanunvehedef.az “Qafqazinfo”-aistinadən xəbər verir ki, bu mövzuya Ermənistanın “Joxovurd” qəzeti diqqət çəkib.
Bildirilir ki, Ermənistan təkcə Azərbaycanla deyil, Gürcüstanla da sərhədin demarkasiyasına hazırlaşır: “Artıq çoxdandır ki, Ermənistan və Gürcüstan arasında aparılan yüksəksəviyyəli təmaslarda Baş nazir Nikol Paşinyan Gürcüstanla demarkasiya işlərini aktivləşdirir. Burada söhbət əsas olaraq Lori vilayətindəki, ölkə sərhədində yerləşən Ciliza kəndindən gedir”.
Qəzet, həmçinin martın 25-i Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin İrəvana səfəri zamanı N.Paşinyanın yenidən sərhədlərin demarkasiyası məsələsini qaldırdığını vurğulayıb.
Belə ki, Paşinyan gürcü həmkarı ilə mətbuata birgə açıqlamasında Kobaxidze ilə iki ölkə arasında sərhədin demarkasiyası prosesinin aktivləşdirilməsi imkanlarını müzakirə etdiklərini bildirib.
Qeyd olunur ki, Ermənistan və Gürcüstan 1992-ci ildən dövlət sərhədinin demarkasiyasını müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı komissiya mövcud olsa da, passiv rejimdə fəaliyyət göstərir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar