Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə : “2022-ci ildən danışmamışam”

Baxılıb: 735     Tarix: 28-03-2024 11:19   

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə 2022-ci ilin dekabrında telefonla danışdığını açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, Şolts bu barədə “Markische Allgemeine Zeitung” qəzetinə müsahibəsində danışıb.
“Bizim sonuncu telefon danışığımız 2022-ci ilin dekabrında olub. Buna qədər tez-tez danışırdıq”, - deyə kansler qeyd edib.
Onun sözlərinə görə, Ukraynada münaqişə başlamazdan bir neçə gün əvvəl Moskvada şəxsən Putinlə 4 saatdan çox danışıqlar aparıb.
Qeyd edək ki, tərəflər arasında telefonla sonuncu söhbət 2022-ci il dekabrın 2-də baş tutub. Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi bu söhbətin 1 saata yaxın davam etdiyini və Ukraynadakı münaqişəyə həsr olunduğunu açıqlamışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar