Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Telegram" getdikcə terrorçuların əlində alətə çevrilir" - Kreml

Baxılıb: 718     Tarix: 28-03-2024 14:11   

"Telegram" getdikcə terrorçuların əlində alətə çevrilir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü şəbəkənin sahibi Pavel Durovu "Telegram"a daha diqqətlə nəzarət etməyə çağırıb. Onun sözlərinə görə, messencer getdikcə terrorçuların əlində alətə çevrilir.
“Əlbəttə, biz Pavel Durovdan daha çox diqqət gözləyərdik, çünki texnoloji nöqteyi-nəzərdən bizim nəslin gözü qarşısında böyüyən bu unikal və fenomenal resurs getdikcə terrorçuların əlində alətə çevrilir. - terror məqsədləri üçün istifadə olunur”, - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Peskov hazırda Rusiyada "Telegram"ı bloklamaq planının olmadığını da söyləyib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar