Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Fransa NATO-dan çıxacaq?

Baxılıb: 729     Tarix: 29-03-2024 14:35   

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir.
Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib.
Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisində seçiləcəyi təqdirdə NATO-dan çıxmaqla bağlı mövqeyini qoruyub-saxlayacaq.
"Həmişə təkidlə üzərində durduğumuz təklifdə müharibə nəzərə alınmırdı. Müharibə dövründə müqavilələr dəyişdirilmir", - o bildirib.
Fransanın NATO-dakı rolu ilə bağlı ona verilən suallara cavab olaraq Bardella ABŞ-nin keçmiş prezidenti Donald Tramp və indiki lideri Co Bayden haqqında danışıb. Onun fikrincə, alyansın gələcəyi ABŞ-də prezidentlik yarışının nəticələrindən asılıdır.
Ultrasağçıların lideri ABŞ-dəki seçkidə daha çox Trampın qalib gəlməsinin tərəfdarı olduğunu vurğulayaraq, onun iqtisadi siyasətini tərifləyib və Baydenin əqli qabiliyyətlərini şübhə altına alıb.
İctimaiyyət arasında aparılan sorğular göstərir ki, Bardellanın Milli Birlik Partiyası iyunun 9-da keçiriləcək Avropa seçkisində təxminən 30 faiz səs qazanacaq ki, bu da Fransa Prezidenti Emmanuel Makronun İntibah Partiyasından təxminən 10 faiz artıqdır./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Mostbet AZ
Redaktor seçimi
Çox oxunanlar