Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

XƏBƏRDARLIQ: İQTİSADİ BÖNRAN OLACAQ

Baxılıb: 589     Tarix: 13-09-2018 11:20   

Dünyada yeni və daha təhlükəli qlobal iqtisadi böhran baş verəcək.
Azvision.az xəbər verir ki, Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun "The Guardian" qəzetinə müsahibəsində bununla bağlı xəbərdarlıq edib. Bildirib ki, dünya iqtisadiyyatı yeni böhran riski ilə üzləşəcək və bu dəfə əvvəlki böhranlardan fərqli olaraq fəsadları aradan qaldırmaq elə də asan olmayacaq. Çünki növbəti qlobal böhranda maliyyə sferasında etimad itkisi həm də hökumətlərarası etibarsızlıqda öz əksini tapacaq. Bununla da dünya yenidən milli təfriqələr erasına qayıdacaq.
Qordon Braunun fikrincə, belə şəraitdə hökumətlərlə milli bankların əməkdaşlıq edəcəyini gözləmək çətindir. Çünki böhranda tərəflər məsuliyyəti bir-birinin üzərinə atacaqlar.
Britaniyalı sabiq baş nazir onu da vurğulayıb ki, bu dəfəki qlobal böhranda Çin 10 il əvvəlkitək yeni iqtisadi stimulların yaradılmasına yönələn ümumi anti-böhran siyasətinin hazırlanması üzrə Avropa ilə əməkdaşlığa getməyəcək. Səbəb isə hazırkı ticarət müharibələridir.
Braunun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın proteksionizm siyasəti beynəlxalq əməkdaşlığın qurulması yolunda ən başlıca maneədir.
Qeyd edək ki, Qordon Braun 2007-2010- cu illərdə Britaniyadakı leyborist hökumətinə başçılıq edib. Ondan əvvəl isə 10 il müddətində Birləşmiş Krallığın maliyyə naziri olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar