Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ankaradan savaşın taleyini dəyişəcək - Qərar

Baxılıb: 548     Tarix: 13-09-2018 11:48   

Suriya rejiminin Rusiya və İranın dəstəyi ilə İdlibə planlaşdırdığı hücum ərəfəsində Türkiyə müxalif qruplara dəstəyini artırıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Röyter” İdlibdəki müxalif mənbələrə istinadla informasiya yayıb.
Müxaliflərin yüksəkçinli şəxsləri Türkiyənin ötən həftə keçirilən Tehran zirvəsində bir nəticə əldə olunmamasından sonra İdlib və ətrafındakı qruplara daha çox silah dəstəyi verdiyini bildirib.
Azad Suriya Ordusu komandirlərindən biri son günlərdə yüksəkçinli türk rəsmilərlə keçirdikləri görüşlərdə onlara uzun müddət davam edəcək döyüşlərdə türk ordusunun tam dəstəyinin vəd edildiyini söyləyib.
Suriyaya göndərilən silahlar arasında Qrad raketləri də olub.
“Burada ən çox ehtiyac duyulan şey silah-sursatdır. Türklər onların uzun müddət özlərinə bəs edəcək sursata sahib olmalarına çalışır”, - İdlibdəki müxaliflərin komandirlərindən biri deyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar