Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Gürcüstanda qumar oyunları ilə bağlı qadağalar sərtləşdirildi

Baxılıb: 706     Tarix: 01-07-2024 15:10   

Bu gündən Gürcüstanda qumar oyunları ilə bağlı qadağalar sərtləşdirilib.
Qanunvehedef.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, iyulun 1-dən etibarən 25 yaşına qədər olan Gürcüstan vətəndaşları və 18 yaşına qədər əcnəbi vətəndaşlar, eləcə də qumar oyunlarında iştirakına artıq icazə verilməyən və kazinolara buraxılmayan şəxslər onlayn kazino və totalizatorlarda qumar oyunları oynaya bilməyəcəklər.
Həmin şəxslərin həm onlayn, həm də adi qayda da qumar oynamasına imkan yaradan şəxslər 10 min lari (təqribən 6000 manat) məbləğində cərimə ediləcək. Qayda pozuntusu təkrar edilərsə, cərimə 20 min lari təşkil edəcək.
Bununla yanaşı, bu gündən başlayaraq onlayn qaydada qumar oyunlarının təşkilini və oynanılmasını həyata keçirən internet kafelər də 15 min lari (təqribən 9000 manat) cərimə olunacaq. Burada təkrar qayda pozuntusuna görə cərimə 30 min lari həcmində olacaq.
Qeyd edək ki, 2021-ci ilin noyabrında Gürcüstanın həmin dövrdəki Baş naziri İrakli Qaribaşvili ölkədə onlayn kazinoların qadağan olunmasının zəruriliyindən danışıb. Bununla belə, o, bunun mərhələli şəkildə ediləcəyini vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Buy yes2win pbn google seo ranking
Redaktor seçimi
Çox oxunanlar