Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Yaponiyada 91 mindən çox insan itkin düşüb - Dronlarla axtarış edilir

Baxılıb: 750     Tarix: 04-07-2024 10:58   

2023-cü ildə Yaponiyada 91 mindən çox insan müxtəlif şəraitdə itkin düşüb.
BAKU.WS ölkənin Baş Polis İdarəsinin hesabatına istinadən xəbər verir ki, artıq üçüncü ildir, belə itkinlərin sayı artmaqdadır.
İtkin düşənlərin ümumi sayı arasında 19 mindən çoxu demensiyadan əziyyət çəkən və ya belə bir diaqnozdan şübhələnən insanlardır. Bu, 2012-ci ildən bəri ən böyük rəqəmdir.
Yaponiyada 11 il dalbadal demensiyadan əziyyət çəkən insanların yoxa çıxmalarının sayı 2012-ci illə müqayisədə iki dəfə artıb. Demansla itkin düşənlərin 55,7%-i kişilərdir.
"Yaponiya əhalisi yaşlandıqca belə halların sayı daha da artacaq", - deyə polisə nəzarət edən Milli İctimai Təhlükəsizlik Komissiyasının sədri Yosifumi Matsumura Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
Hazırda Yaponiya əhalisinin təxminən 30%-ni 65 yaşdan yuxarı insanlar təşkil edir. Bəzi bələdiyyələr demans xəstələrinə yerlərini qeyd edə bilən portativ cihazlar verməyə başlayıblar. İtkin düşənlərin axtarışı üçün dronlardan istifadə edilməyə başlanıb.
Eyni zamanda, hesabatda qeyd edilir ki, Yaponiyada yoxa çıxanların yarısından çoxunun ailə problemləri, biznes və ya iş şəraiti ilə bağlı olduğu güman edilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Mostbet AZ
Redaktor seçimi
Çox oxunanlar