Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Donald Trampı məğlub etmək üçün əlimdən gələni edəcəyəm

Baxılıb: 535     Tarix: 22-07-2024 09:29   

Məlum olduğu kimi, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.
Qanunvehedef.az xəbər verir ki, Harris də bu açıqlamadan sonra öz fikirlərini bölüşüb.
O, şəxsi hesablarında Amerika xalqı adından Co Baydenə Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi qeyri-adi rəhbərliyinə və ölkəyə onilliklər boyu xidmət etdiyinə görə təşəkkür edib: “Prezidentin dəstəyini almaqdan qürur duyuram və mənim niyyətim bu namizədliyə layiq olmaq, onu qazanmaqdır.
Donald Tramp və onun “Layihə-2025” gündəliyini məğlub etmək üçün Demokratlar Partiyasını və millətimizi birləşdirmək üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
Daha sonra Harris ianə toplamaq məqsədilə onu dəstəkləyənlər üçün link yerləşdirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar