Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dmitri Firtaş Zelenskini məhkəməyə verdi

Baxılıb: 690     Tarix: 06-08-2024 10:36   

Ukraynalı milyarder Dmitri Firtaş 2024-cü ildə iş adamına tətbiq edilən şəxsi sanksiyalara görə ölkə Prezidenti Volodimir Zelenskiyə qarşı iddia qaldırıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ukraynanın “Qlavkom” nəşri “Ukrayna məhkəmə hakimiyyəti” dövlət portalına istinadən məlumat yayıb.
Vurğulanıb ki, respublika Ali Məhkəməsi milyarderin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların tətbiqi barədə qərarını qüvvəyə mindirən prezidentin 24 iyun 2024-cü il tarixli fərmanına etiraz etdiyi iddiasını baxılmaq üçün qəbul edib.
Qeyd edək ki, sanksiyalar aktivlərin bloklanmasını, ticarət əməliyyatlarının tamamilə dayandırılmasını və kapitalın ölkədən kənara çıxarılmasının qarşısının alınmasını nəzərdə tutur. 2023-cü ilin mayında İqtisadi Təhlükəsizlik Bürosu və Ukrayna Təhlükəsizlik Xidməti Firtaşı respublika büdcəsinə 18 milyard qrivenə başa gələn dələduzluqda şübhəli şəxs kimi tanıyıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar