Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İran prezidenti Pezeşkian: İsrailə mütləq cavab veriləcək

Baxılıb: 716     Tarix: 06-08-2024 12:40   

İran prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin qətlinə görə İsrailə mütləq şəkildə cavab veriləcəyini bəyan edib.
Ölkə.Az "tasnim"ə istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.
Pezeşkian Şoyqu ilə görüşündə İsrailə qarşı cavab tədbirləri və Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı bunları deyib: "İran regionda müharibə və böhranın miqyasını genişləndirmək niyyətində deyil, lakin İsrailin cinayətlərinə və həyasızlığına mütləq cavab veriləcək".
Sergey Şoyqu isə öz növbəsində İranı Rusiyanın əsas strateji müttəfiqlərindən biri adlandırıb.
Qeyd edək ki, İranın yeni prezidenti Məsud Pezeşkianla Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında görüş avqustun 5-i axşam Tehranda baş tutub.
İran prezidenti ilə danışıqlardan əvvəl cənab Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb.

Qanunvehedef.azшаблоны для dle 11.2