Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Parisdə saxta Olimpiya medalları satan şəxs saxlanıldı

Baxılıb: 574     Tarix: 08-08-2024 10:34   

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının saxta medallarını satan şəxs polis tərəfindən saxlanılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Le Parisien” nəşri məlumat yayıb.
Bildirilib ki, Oyunların açılışına bir neçə gün qalmış Parisə gələn 39 yaşlı braziliyalı 11 saxta medalla Rue Bersi küçəsində saxlanılıb.
Müstəntiqlər həmin şəxsin kirayədə yaşadığı mənzilə baxış zamanı 198 ədəd ipli, 666 ədəd ipsiz medallar, həmçinin 655 zinət əşyası və Paris-2024 emblemi olan 727 ədəd medal ipi aşkar ediblər. Bundan əlavə, oradan 1340 avro və saxta 500 avroluq əskinas aşkar edilib.
İstintaq zamanı şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun bu medalları haradan aldığını öyrənmək niyyətindədirlər.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar