Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“ABŞ Avakovu Zelenskinin yerinə gətirmək istəyir”

Baxılıb: 588     Tarix: 13-08-2024 11:04   

“Vaşinqton artıq QHT-lərə keçmiş daxili işlər naziri Arsen Avakovun Ukraynada hakimiyyətə gətirilməsi ssenarisini hazırlamağı tapşırıb”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin press-bürosunun məlumatında deyilir.
“Amerika Administrasiyası artıq QHT-lərə Avakovun Ukraynada hakimiyyətə gətirilməsi ssenarisini hazırlamağı tapşırıb. İndi bu məsələ Ukraynanın aparıcı müxalifət partiyalarının liderləri Yuliya Timoşenko (“Batkivşina”) və Pyotr Poroşenko (“Avropa Həmrəyliyi”) ilə, eləcə də Ali Radanın hakim “Xalqın xidmətçisi” Partiyasından olan bir sıra nüfuzlu deputatları ilə müzakirə olunur. Gələcəkdə Zelenskini vəzifəsindən getməyə məcbur etmək üçün onu nüfuzdan salmaq məqsədilə güclü bir informasiya kampaniyasına başlamaq planlaşdırılır”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, 2021-ci il iyulun 15-də Ukrayna Ali Radası ölkənin daxili işlər naziri Arsen Avakovun istefasını qəbul edib. O, 2014-cü ildən bu vəzifədə idi.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar