Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiyaya səfəri tənqid olunmuşdu, Ukraynaya da gedəcək

Baxılıb: 784     Tarix: 19-08-2024 12:15   

Hindistanın Baş naziri Narendra Modi Polşa və Ukraynaya səfər edəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Hindistanın Xarici İşlər Nazirliyi yayıb.
Qurum səfərin konkret tarixini açıqlamasa da, “The Hindu” qəzeti bunun avqustun 23-də baş tutacağını yazıb.
Xatırladaq ki, N.Modi iyulda Moskvaya ikigünlük səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən səfərə narazılığını, ABŞ isə narahatlığını bildirmişdi. Zelenskinin tənqidlərindən sonra isə Ukraynanın Hindistandakı səfiri Aleksandr Polişuk bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Onu da qeyd edək ki, Modinin Moskvaya səfəri Rusiya ordusunun iyulun 8-də Kiyevə raket zərbələri endirməsi ərəfəsində baş tutmuşdu.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar