Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qəzza ilə bağlı danışıqların növbəti raundu nə vaxt olacaq?

Baxılıb: 704     Tarix: 20-08-2024 10:20   

“Qəzza zolağında münaqişənin həlli üçün yeni danışıqlar həftənin sonuna qədər Qahirədə baş tutmalıdır”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer onlayn brifinqdə bildirib.
“Tərəflər texniki işləri davam etdirir, yüksək səviyyəli rəsmilər həftə sonuna qədər Qahirədə yenidən görüşəcək”, - Jan-Pyer vurğulayıb.
Xatırladaq ki, Dohada Qəzza zolağı ilə bağlı məsləhətləşmələrin yeni raundu avqustun 15-də başlayıb. Danışıqlarda Qətər, Misir və ABŞ nümayəndələri iştirak edir. “The Times of Israel” qəzetinin yazdığına görə isə, danışıqların ilk günündə irəliləyiş əldə olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar